Bakı. 1 fevral. REPORT.AZ/ “Kapital Bank”ın Tovuz rayonundakı filialında yanğın baş verib.
“Report” xəbər verir ki, əraziyə yanğın söndürən briqaları cəlb olunub.
Bankın işçiləri təxliyə olunub.
Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yayılmayıb.