Rəhmətlik İmamın (r.ə) "Vədeyi didar" kitabında oğluna verdiyi nəsihətlər vardır ki, onların birində oxuyuruq: "Oğlum! Əgər bacarsan təfəkkür və təlqinlə bütün varlıqlara, xüsusilə də insanlara rəhmət və məhəbbətlə bax. Məgər həyatın varlığı, bütün bərəkət və əsərləri Allahın varlıqlara olan rəhmət və neməti deyilmi?
"Hər bir varlıq İlahi rəhmətə şamil olar".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, məgər mümkünəl-vücudun özündən bir şey olmasına imkanı vardırmı və ya özü kimi mümkünəl-vücud ona bir şey verə bilərmi?
Rəhmət - rəhmaniyyədir ki, bütün cahana şamil olar. Məgər Rəbbil-aləmin olan Allahın tərbiyəsinin cilvəsi rəhmət deyildirmi?
Məgər rəhmət və tərbiyə, inayət və lütf olmadan şamil ola bilərmi?
Ona görə də o şey və o kəs ki, İlahi lütf, inayət və məhəbbətə şamil olar, niyə bizim məhəbbətimizə şamil olmasın ki? Əgər olmasa, məgər bizim üçün nöqsan olmaz ki?!
Mən qocalmışam. Bu nöqsanı və başqa saysız nöqsanları özümdən uzaqlaşdıra bilməmişəm. Sən cavansan və haqqın rəhmətinə daha yaxınsan. Çalış bu nöqsanı özündə aradan qaldır.
Allah Təala sənə, hamıya və bizə də tövfiq versin ki, bu pərdəni qaldıra bilək və o şey ki, İlahi fitrəti zəruri edir, onu dərk edə bilək!".
Allah Təala bizlərə bu həqiqətləri anlamaq inayətini nazil etsin.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin