“Report” Palataya istinadən xəbər verir ki, tədbirlə təşkilatçı qurumlarla yanaşı, Bakı Fond Birjasının (BFB), Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının nümayəndələri (AFBİA) və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar (hüquqi şəxslər) iştirak ediblər.
Tədbirin məqsədi sahibkarlara klassik maliyyələşmə mənbələrinə alternativ olaraq kapital bazarları vasitəsilə maliyyələşmə imkanlarının təşviqi, fond birjasında listinqə çıxış və kapital bazarlarında investisiyalar barədə məlumatların verilməsi olub. Şirkətlərə kapital bazarları və onun üstünlükləri barədə ətraflı məlumat verilmiş, MBNP, BFB və AFBİA tərəfindən üç mövzuda təqdimatlar keçirilib, sonda kapital bazarlarından maliyyələşmə və kapital bazarlarında investisiya məsələləri üzrə geniş müzakirələr aparılıb.
İnteraktiv formatda keçirilən tədbirdə eyni zamanda BFB tərəfindən həyata keçirilən və kapital bazarları vasitəsilə maliyyələşmək niyyətində olan şirkətlərə “Listinq Məsləhət Proqramı” haqqında ətraflı məlumat verilib, onların çoxsaylı sualları cavablandırılıb.