Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Ağdamda faciəli şəkildə ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ağdamın Yüzbaşılı kəndində baş verib. Goranboy rayonunun Zeyva kənd sakini, 1969-cu il təvəllüdlü Məmmədov Dadaş Cahiyyəddin oğlu "SHACMAN" markalı yük maşının altında qalıb.

Hadisənin sürücünün ehtiyatsızlığından baş verdiyi bildirilir.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az