Qeyri-sabit hava şəraitinin insan orqanizminə təsiri

Qeyri-sabit hava şəraitinin insan orqanizminə təsiri
17:47 10 Yanvar 2015
206 Sosial
Ölkə mətbuatı
A- A+

Günorta saatlarında gün çıxmasına baxmayaraq şaxtalı hava hələ də üstünlük təşkil edir.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, belə qeyri-sabit hava isə insanların səhhətinə mənfi təsir göstərir. Qarın yağması müəyyən bakteriyaların məhvinə səbəb olsa da, bəzi infeksion xəstəliklərə yoluxma halları artıb. Şaxtalı havalar immuniteti zəif olan insanların orqanizmində müəyyən problemlərə yol açıb.

Həkimlərin sözlərinə görə, belə havalarda ürək-damar xəstəlikləri olan insanlar daha ehtiyatlı olmalıdırlar. Belə ki, soyuq hava qanın laxtalanmasını sürətləndirir. Nəticədə isə ürəyin normal fəaliyyəti pozulur. Odur ki, şaxtalı havada qrip və bu kimi infeksion xəstəliklərə yoluxmamaq üçün ehtiyatlı olmalı və immuniteti gücləndirən qidalardan daha çox istifadə edilməlidir.

Milli.Az

 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/318412.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR