Türkiyə ordusu ilə Əsəd rejiminin əsgərləri Suriyanın
şimal-şərqində qarşı-qarşıya gələcək.
Publika.az xəbər verir ki, bu barədə İngiltərənin “Times”
nəşri yazıb.
Nəşr yazır ki, Türkiyə son zamanlar İdlib və Hələbin
cənub-şərqindəki kəndlərə əsgər və tank birlikləri göndərib.
“Bu addım Afrində həyata keçirilən “Zeytun budağı” əməliyyatı
çərçivəsinə daxil deyil. Türk əsgərləri Əsəd ilə Əl-Qaidəyə bağlı
olan Heyet Tahrir Şam və Azad Suriya Ordusu arasındakı cəbhə
xəttindən maksimum 3,2 kilometr uzaqlıqdakı Əl Eis kəndinə
yerləşib”, - deyə nəşr qeyd edir.
Məlumatdan göründüyü kimi, Afrində anti-terror əməliyyatı keçirən
Türkiyə Suriyada yeni cəbhə açır və bu, “Zeytun budağı”
əməliyyatından kənarda baş verəcək müharibədən xəbər verir.
“Times” əlavə edir ki, türk əsgərləri Əsəd ordusunun atəşkəsi
pozaraq, İdlib əyalətinə doğru irəlilədiyi bir vaxtda Əl Eis
kəndinə yerləşdirilib: “Türk ordusu hazırda Əsəd rejiminin
əsgərlərinin qarşısına çıxır”.
Asif