Bu zikrlərin hər ikisi Allaha müraciətdə düzgün sayılır. Hər iki zikrdə Allahı öymək (tərifləmək) və Ona minnətdarlıq bildirmək mənası vardır. Həmd və şükrün mənaları yaxındır. Amma lüğət alimləri qeyd etmişlər ki, şükr - hər hansı yaxşılıq müqabilində edilmiş minnətdarlıqdır. Dilimizdəki "təşəkkür" sözü də bunu ifadə edir.
Milli.Az islam.az-a istinadən bildirir ki, yəni Allaha, verdiyi nemətlərə görə təşəkkür etmək şükr sayılır. Həmd isə bundan daha uca bir məfhumdur. Həmd - heç bir ehsana görə deyil, tam təmənnasız və səmimi olaraq Allahı öymək, Onun böyüklüyünü dilə gətirməkdir. Allahın uca və nöqsansız sifətləri Onun böyüklüyündən xəbər verir. İnsafı olan insan bu sifətlərə malik varlığı tərif etməlidir, Onun haqqında yalnız müsbət fikirdə olmalıdır.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin