Fevralın 12-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM)təşkilatçılığı ilə “Sivilizasiyalararası dialoq: yeni çağırışlar” adlı VI Beynəlxalq Multikulturalizm Qış məktəbi layihəsinə start verilir.
BBMM-in mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, 2017-ci ilin yaz və payız semestrlərində “Azərbaycan multikulturalizmi”və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin qatılacağı VI Beynəlxalq Multikulturalizm Qış məktəbi 12-18 fevral tarixlərində Bakı şəhəri ilə yanaşı, Şamaxı,İsmayıllı və Qəbələrayonlarında fəaliyyət göstərəcək.
Beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsiBBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 17, Azərbaycanın 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığıölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.
VI Beynəlxalq Multikulturalizm Qış məktəbindəAzərbaycan, Belarus, Avstriya, Əfqanıstan, Bolqarıstan, Estoniya, Gürcüstan, Almaniya, İndoneziya, Yaponiya, Moldova, Monteneqro, Norveç, Polşa, Portuqaliya, Rusiya, Böyük Britaniya, Ukrayna kimiölkələrin aparıcı universitetlərindən 23 tələbənin iştirak edəcəyi gözlənilir.
Qış məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr təqdim ediləcək.
Qış Məktəbi müddətində iştirakçılarınınBakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri akademik Kamal Abdullayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri ilə görüşüplanlaşdırılır.
Tələbələrin Şəhidlər Xiyabanı və Fəxri Xiyabana, Qobustana və Atəşgaha, İçərişəhərə, Şamaxı Rəsədxanasına və Safari Parkına, Qəbələdə udilərin yaşadığı Nicqəsəbəsinə,Alban-udi xristian kilsəsinə,Tufandağ yay-qış turizm istirahət kompleksinə, İsmayıllı rayonunun malakanların yaşadığı İvanovka kəndinəsəfərləri də nəzərdə tutulub.