Play Store

Azərbaycanda sitrus meyvələri istehsalının həcmi 100 min tona çatdırılacaq

Azərbaycanda sitrus meyvələri istehsalının həcmi 100 min tona çatdırılacaq
20:17 13 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək Azərbaycanda sitrus meyvələri istehsalının həcminin 100 min tona çatdırılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda sitrus meyvəçiliyi ənənələrinin inkişaf etdirilməsinə, sitrus meyvələrinə olan daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, sitrus meyvəçiliyi ilə məşğul olan rayonlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcək.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 13-də “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycanda-sitrus-meyveleri-istehsalinin-hecmi-100-min-tona-catdirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR