İquayn tarixə düşdü

İquayn tarixə düşdü
01:39 14 Fevral 2018
128 Digər
Ölkə mətbuatı
A- A+

 

Çempionlar Liqasının 1/8 final matçları çərçivəsində keçirilən “Yuventus” – “Tottenhem” oyununda maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, turinlilərin hücumçusu Qonzalo İquayn 9 dəqiqəyə dubl edərək komandasını iki top fərqi ilə önə çıxarıb.

 

2-ci və 9-cu dəqiqədə fərqlənən argentinalı bununla da Çempionlar Liqasının tarixinə düşüb. Belə ki, cəmi 8 dəqiqə 7 saniyəyə iki dəfə qol vuran İquayn qitənin ən nüfuzlu klub turnirində bunu ən tez bacaran oyunçu olub.

 

Qeyd edək ki, bundan əvvəlki ən sürətli dubl “İnter”in keçmiş hücumçusu Xulio Kruza məxsus idi. O, 2006/07 mövsümündə “Spartak”ın qapısına 8 dəqiqə 30 saniyəyə iki dəfə yol tapmışdı.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/294590

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR