Azərbaycan televiziyasının yaranması günüdür

Bu gün Azərbaycan televiziyasının yaranmasından 62 il ötür.

Metbuat.az-ın məlumatına görə, Azərbaycan televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Bakıda televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanılıb. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı. İlk veriliş günü ekranda gənc aktrisa Nəcibə Məlikova görünüb. Çıxışını «Göstərir Bakı!» kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.

1971-ci il noyabrın 7-dən Azərbaycan televiziyası rəngli yayıma başlayıb. 2003-cü ilin sonlarından milli televiziyamız yeganə elektron informasiya vasitəsi idi ki, dünya efirinə 24 saat yayımla çıxıb. Hazırda Azərbaycan televiziyasının proqramları 4 peyklə bütün dünyaya yayımlanır. Azərbaycan televiziyasına Avropada, Şimali Amerikada, bütün Asiya ölkələrində də baxmaq mümkündür.

1971-ci il noyabrın 7-dən Azərbaycan televiziyası rəngli yayıma başlayıb. 2003-cü ilin sonlarından milli televiziyamız yeganə elektron informasiya vasitəsi idi ki, dünya efirinə 24 saat yayımla çıxıb.

1988-ci ildə Dağlıq Qarabağ münaqişəsinin başlanması Azərbaycan televiziyası üçün əsl sınağa çevrilib. 1990-cı il yanvarın 19-da saat 19:26-da Azərbaycan televiziyasının enerji bloku partladılıb. Yayımı yalnız yanvarın 28-də bərpa etmək mümkün oldu. Qara kostyumda və qalstuksuz efirə çıxan diktor Rafiq Hüseynov 138 dinc sakinin qətlə yetirilməsiylə əlaqədar Azərbaycan xalqına başsağlığı verib. Lakin televiziya hərbçilərin nəzarəti altında fəaliyyət göstərdiyi üçün efirə yalnız hərbi senzorun «qayçı»ladığı məlumatlar, veriliş və proqramlar gedirdi. Bu cür vəziyyət 1991-ci ilin sentyabrına qədər davam edib.

1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini elan etdi. Azərbaycan televiziyası əyalət telekanalından müstəqil dövlətin əsas televiziyasına çevrilib və illərdir ki, peşəkar komandası ilə fəaliyyətinə davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR