Türkiyənin Amasiya vilayətində ağır yol qəzası baş verib.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, vilayətin Suluova əyalətində Ağrı-İstanbul marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə mikroavtobus toqquşub.

Qəza nəticəsində mikroavtobusun sürücüsü ölüb, 4 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri barədə məlumat verilmir .