"Report"un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, hər üç şəxsin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
İttiham aktına əsasən, həmin şəxslər anbardan 12 ədəd kondisioner, 1 ədəd tozsoran və 1 ədəd kombi oğurlayıb. Bundan başqa, T.Əhmədağazadə "Xəzər İnşaat" şirkətinə məxsus anbardan 71 168 manat dəyərində 53 ədəd kondisioner, 5 ədəd tozsoran, 21 ədəd kombi aparatı və digər əşyaları oğurlayıb.
Həmçinin dəstə üzvləri Bakıda "Kontakt" və "Eurolux" şirkətlərinə məxsus anbarlardan məişət əşyaları da oğurlayıblar.
Onlar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinə əsasən ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Quliyev 9 il, T. Əhmədağazadə və S. Mehdiyevin hər biri isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib.