“Report” Banka istinadən xəbər verir ki. yeni konsepsiya əsasında təqdim edilmiş filial Quba şəhərinin Heydər Əliyev prospektində fəaliyyət göstərir.
Filial bazar ertəsi–cümə günü saat 09:00-dan 19:00-a qədər, şənbə və bazar günləri isə saat 09:00-dan 16:00-a qədər fəaliyyət göstərəcək. Artıq müştərilər yeni filialda müasir bank xidmətlərindən - hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və s. istifadə edə bilərlər. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.
Qeyd edək ki, “Kapital Bank” filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. Bu il Bakıda və regionlarda bir sıra filialların əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır. Buna misal olaraq “Kapital Bank”ın “Füzuli” filialının köçürülməsini və yeni “Bravo-2” filialının açılmasını qeyd etmək olar. Sözügedən layihə artıq 3 ildir davam edir. Bu dövr ərzində bir çox filial müasir tələblərə uyğun təmir edilərək, müştərilərin ixtiyarına verilir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 94 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.