Lənkəranda sürüşmə nəticəsində çökmüş kənd yolu bərpa edilib

Lənkəranda sürüşmə nəticəsində çökmüş kənd yolu bərpa edilib
23:52 18 Fevral 2018
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran. 18 fevral. REPORT.AZ/ Fevralın 5-i Lənkəran rayonunun Jidi kəndi ərazisindən keçən yolun torpaq qatının sürüşməsi nəticəsində dağılan hissəsi bərpa edilib.
"Report"un Cənub bürosu yerli sakinlərə istinadən xəbər verir ki, artıq yola çınqıl döşənib və yolda hərəkət tam bərpa olunub.
Sürüşmədən sonra sakinlərin istifadəsi üçün alternativ yol çəkilsə də, bu yoldan istifadə etmək onun palçıqlı olması səbəbindən çətinləşmişdi və əsas yol bir həftədən çox idi ki, bərpa olunmamışdı.
Bu yoldan həmçinin Gəgiran kəndinin sakinləri də istifadə edirlər.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeranda-surusme-neticesinde-cokmus-kend-yolu-berpa-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR