Azərbaycan və Türkmənistan arasında birgə işçi qrupun iclası keçirildi

Azərbaycan və Türkmənistan arasında birgə işçi qrupun iclası keçirildi
19:18 19 Fevral 2018
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda Azərbaycan Hökuməti ilə Türkmənistan hökuməti arasında energetika sahəsində əməkdaşlığın gələcək inkişafı haqqında 8 avqust 2017-ci il tarixli Anlaşma Memorandumu əsasında yaradılmış birgə işçi qrupunun birinci iclası keçirilib.

Publika.az-a Xarici İşlər Nazirliyindən verilən məlumata görə, iclasda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun və Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsinin sədri Murad Atacanovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

İclas zamanı qeyd edilib ki, iki ölkənin dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmalar dostluq və mehriban qonşuluq münasibətlərinin bundan sonra da möhkəmlənməsinə və məhsuldar əməkdaşlığın inkişafına təkan verir.

Eyni zamanda, iclas iştirakçıları ötən ilin sonunda Moskva şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” layihəsinin razılaşdırılmasının Xəzər dənizində qarşılıqlı maraq kəsb edən məsələlərin həllinə xidmət edəcəyini vurğulayıblar.

İclasda Anlaşma Memorandumunun məqsədlərinə nail olmaq üçün iki ölkə arasında energetika sahəsində əməkdaşlığın bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında inkişaf perspektivləri müzakirə olunub və bu cür əməkdaşlığın Azərbaycanın və Türkmənistanın Tərəflər həmçinin Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi ilə əlaqədar məsələləri müzakirə etdilər.

İki ölkənin yüksək enerji potensialına malik olduğunu nəzərə alaraq, bu sahədə səylərin birləşdirilməsi və enerji layihələrin genişləndirilməsinə imkan yaradacaq gələcək razılaşmaların əldə olunması üçün Xəzər dənizində müqavilə-hüquq bazasının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparıldı və növbəti iclasın Türkmənistanda keçirilməsi barədə razılıq əldə olundu.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/231761.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR