"Barselona"nın ulduz futbolçusunun evi qarət olundu

"Barselona"nın ulduz futbolçusunun evi qarət olundu
22:18 20 Fevral 2018
54 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyo şok hadisə ilə üzləşib.

Publika.az xəbər verir ki, Kataloniya klubunun ötən ay "Liverpul"dan transfer etdiyi futbolçunun evi qarət edilib.

Axşam yeməyi üçün ailəsi ilə birlikdə şəhərə çıxan Braziliya millisinin üzvü gecə saatlarında qayıdanda evindən oğurluq edildiyini görüb. Bu səbəbdən ulduz futbolçu dərhal polisə şikayət edib. Lakin oğrular hələ də tapılmayıb. Koutinyo İngiltərəyə yollanaraq Çempionlar Liqasının 1/8 final mərhələsində "Çelsi" ilə görüşdə komandasını dəstəkləməyi planlaşdırsa da, bu hadisədən sonra ailəsinin yanında qalmağı qərara alıb.

Qeyd edək ki, "Barselona" Filipp Koutinyonu "Liverpul"dan 120 milyon avroya transfer edib. (apasport.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/231899.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR