İordaniya Kralı Azərbaycan Prezidentinə məktub göndərib

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir: "Zati-aliləri, Sizə səmimi salamlarımı çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyət arzulayır, ölkənizin inkişafı və xalqınızın rifahı naminə səylərinizi yüksək qiymətləndirməkdən məmnunluq hissi duyuram.

İordaniya Haşimilər Krallığı ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünü qeyd etmək, ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı genişləndirmək səylərimizə əsaslanan tarixi dostluq münasbətlərimizdən dərin iftixar hissi keçirmək mənə böyük məmnunluq bəxş edir.

Qardaş Azərbaycana səfərlərim zamanı Zati-alinizin ölkənizin tərəqqisi və rifahı üçün davamlı töhfəsini əks etdirən, iqtisadiyyat, siyasət, mədəniyyət və elm sahələrində qazanılan böyük nailiyyətlərin şahidi olmuşam. İnanırıq ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan regional və qlobal təhlükəsizliyin, sabitliyin təmin olunmasında oynadığı mühüm rolunu davam etdirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR