Ermənistanda binaların 70 faizi seysmik davamlılıq normativlərinə cavab vermir

Ermənistanda binaların 70 faizi seysmik davamlılıq normativlərinə cavab vermir
04:02 24 Fevral 2018
118 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Ermənistandakı binaların 70 faizi seysmik davamlılıq baxımından müasir normativlərə cavab vermir.
"Report" "News.am"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Şəhərsalma Komitəsinin sədri Narek Sarkisyan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, binaların ümumi fondunun yenidən qurulması və gücləndirilməsi dövlət üçün ağır maliyyə yükü olacaq.
"2017-ci ildə hökumət binaların seysmik təhlükəsizliyi ilə bağlı vahid strategiyanı qəbul edib. Hansı ki, seysmik davamlılığın artırılması üçün ona uyğun olaraq uzunmüddətli və ortamüddətli tədbirlər görüləcək", - deyə məmur ötəri olaraq bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanda-binalarin-70-faizi-seysmik-davamliliq-normativlerine-cavab-vermir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR