Azərbaycan ötən il radioaktiv metalların kəşfiyyatına xərcləri 52% artırıb

Azərbaycan ötən il radioaktiv metalların kəşfiyyatına xərcləri 52% artırıb
10:42 24 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanda 2017-ci ildə yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinə 32,3 mln. manat və ya 2016-cı illə müqayisədə 6,5% çox vəsait sərf olunub.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, aparılmış geoloji-kəşfiyyat işlərinin 81,7%-i neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilib və bu işlərə 26,4 mln. manat xərclənib.
2016-cı illə müqayisədə ötən il radioaktiv metalların kəşfiyyatına 51,9%, regional geoloji-geofiziki işlərə 25%, hidrogeoloji işlərə 19,4%, əlvan metalların kəşfiyyatına 8,3%, elmi-tədqiqat işlərinə 8% çox, nəcib metalların kəşfiyyatına 23,8%, qara metalların kəşfiyyatına isə 14,3% az vəsait sərf edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycan-oten-il-radioaktiv-metallarin-kesfiyyatina-xercleri-52-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR