Bakıda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlanılıb, bir nəfər saxlanılıb

Bakıda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlanılıb, bir nəfər saxlanılıb
11:17 24 Fevral 2018
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Bakıda qanunsuz ağac kəsən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, fevralın 22-də gecə saatlarında paytaxtın Nizami rayonunun Q.Qarayev prospekti ev 59-un qarşısında 4 ədəd küknar ağacı kəsilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb.
24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə ağacları qanunsuz kəsməkdə şübhəli bilinən Bakı şəhər sakini Rüfət Novruzov müəyyən edilərək saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-agaclarin-qanunsuz-kesilmesine-gore-cinayet-isi-baslanilib-bir-nefer-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR