Sumqayıtda maşın piyadanı vuraraq iki ayağını qırıb

Sumqayıtda maşın piyadanı vuraraq iki ayağını qırıb
23:32 24 Fevral 2018
157 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt. 24 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində maşın piyadanı vuraraq hadisə yerindən qaçıb.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 9-cu mikrorayonu ərazisində baş verib.
Sumqayıt şəhərinin 9-cu mikrorayonunda, bina 72 a, mənzil 32-də yaşayan 1985-ci il təvəllüdlü Etiqar Vəfadar oğlu Qasımov yolu keçmək istəyərkən, qarşı tərəfdən sürətlə gələn naməlum avtomobil tərəfindən vurulub. Sürücü qəza yerindən qaçıb. Hadisə zamanı piyadanın hər iki ayağı sınıb.
Yaralı dərhal TTYX-ya çatdırılıb. Müayinə edilən şəxsin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sumqayitda-masin-piyadani-vuraraq-iki-ayagini-qirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR