Sabunçuda silahlı şəxslərə qarşı əməliyyat həyata keçirilib

Sabunçu rayonunda üzərlərində qanunsuz olaraq odlu silah-sursat saxlayan və ya gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə ardıcıl uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, Maştağa qəsəbə sakini İmran Cavadov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb.

Onun evinə baxış keçirilən zamanı çarpayının altında gizlətdiyi 1 ədəd “Naqan” markalı tapança və 3 ədəd patron aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan tapançanın istifadəyə yaralı olması barədə rəy verilib.

Sabunçu Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə əvvəllər məhkkum olunmuş, Balaxanı qəsəbə sakini Bəybala Qarabəyov saxlanılıb. Polis idarəsində hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki çantanın içərisindən sandıqçasında 10 ədəd patron “AKS-74” markalı avtomat aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bakı şəhər kartının VAXT LİMİTİ və QİYMƏTLƏRİ - Açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR