Qızıl yenidən ucuzlaşdı

Amerika fond bazarında "Dow Jones" indeksi 1,50% - 25 029,20 bəndədək, "S&P 500" 1,11% - 2 713,83 bəndədək, NASDAQ isə 0,78% - 7 273,01 bəndədək ucuzlaşıb.

Metbuat.az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,69% - 7 231,91 bəndədək, Almaniya DAX-ı 0,44% - 12 435,85 bəndədək, Fransa CAC-40-ı isə 0,44% - 5 320,49 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,50 dollar ucuzlaşaraq 1 315,40 dollara, gümüşün unsiyasının qiyməti 0,03 dollar azalaraq 16,38 dollara satılıb.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb - DİN - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR