Play Store

“900-dən çox könüllü işlə təmin olunub” - İnam Kərimov

Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda 1-ci Karyera Sərgisinin açılışı baş tutub.

Metbuat.az xəbər verir ki, ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzi və BANM-ın birgə təşkilatçılığı ilə həyata keçirilən sərgiyə BANM-ın rektoru Elmar Qasımov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov qatılıblar.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov öz çıxışında bu sərginin neçə-neçə potensiallı gəncin həyatında bir dönüş nöqtəsi olacağını vurğulayıb və BANM-ın bu hadisədə bir payının olmasından çox şad olduğunu bildirib. Rektor qeyd edib ki, bu gün gənclərin işsizlik problemlərinin aradan qaldırılması üçün ölkədə böyük addımlar atılır və BANM bu istiqamətlə dövlətimizə və gənclərimizə hər zaman dəstək olmağa hazırdır.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov təşkil olmuş sərgi haqqında öz fikirlərini bildirərək, ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzinin gənclərin təcrübə keçmələri və işlə təmin olunmaları istiqamətində gördüyü işlərdən danışıb. İnam Kərimov qeyd edib ki, bu günə kimi ASAN könüllülərinin vakansiya bürosu olan www.asankadr.az vasitəsi ilə 900-dən çox könüllü müxtəlif dövlət və özəl müəssisələrdə işlə təmin olunub.

ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzinin rəhbəri Ləman Əhmədova layihənin əsas məqsəd və vəzifələri haqqında ətraflı məlumat verib. O qeyd edib ki, bu sərgi yüzlərlə gənc üçün yeni iş imkanları, təcrübə proqramları vəd edir. Daha sonra Elmar Qasımov və İnam Kərimov sərgidə iştirak edən şirkətlər və onların nümayəndələri ilə tanış olublar.

Qeyd edək ki, BANM və ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzinin ilk layihəsi olan 1-ci Karyera Sərgisinə şirkətlər tərəfindən də böyük maraq göstərilib. Belə ki, 50-dən çox nüfuzlu yerli və transmilli şirkətlər sərgiyə qatılıb. Bu, sərgiyə üz tutan yüzlərlə gəncə həmin şirkətlərin insan resurları üzrə mütəxəssisləri ilə münasibət qurmaq və yeni iş imkanlarını dəyərləndirə bilmək üçün böyük şans yaradılıb.

Milli Məclisdə QƏBUL GÜNLƏRİ açıqlandı -SİYAHI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR