Komitə 150-ə yaxın mənzil sahibinə sənədləri təqdim edib

“Kütləvi çıxarış” kampaniyası Sumqayıt şəhərində yerləşən bir neçə yeni inşa edilmiş yaşayış kompleksini əhatə edib.

Əmlak Məsələləri Dövlət Komitəsindən Metbuat.az-a verilən məlumata görə, qurum tərəfindən keçirilən kampaniya çərçivəsində şəhərin müxtəlif yerlərində yerləşən 2 yaşayış kompleksinin 150 sakininə ünvanlarındaca çıxarışlar verilib.

Başqa sözlə, 5 bloklu 171 mənzilli bina sakinlərinin müraciət etmiş 100 nəfəri, eləcədə 1 girişli 72 mənzilli yaşayış kompleksinin sakinlərinin müraciət etmiş 50 nəfəri kampaniyadan yararlanıblar.

Digər sakinlərdən isə bu kompleksdə yerləşən mənzillərinə dair çıxarışların verilməsi üçün ilkin mülkiyyət sənədləri qəbul edilib.

Bu yaşayış kompleksinin sakinlərinə hüquqi yardım xidməti də göstərilib. Vətəndaşlara çıxarış almaq üçün lazım olan sənədlər barədə məlumat verilib. Həmin sənədlərin hansı qurumdan alınması ilə bağlı məlumatı az olanların suallarını komitənin əməkdaşları cavablandırıb.

Bundan başqa kampaniya çərçivəsində sakinlərə bildirilib ki, artıq təkrar bazarda daşınmaz əmlakın, o cümlədən torpaqların, mənzillərin qeydiyyatı tam olaraq onlayn rejimdə həyata keçirilir.

Qeyd edilib ki, yeniliklərdən biri olan elektron çıxarışın tətbiqi də prosesin tam olaraq avtomatlaşdırılması imkanlarını genişləndirib. Belə ki, artıq elektron çıxarışı olan vətəndaşlar əmlaklarına dair hüquqi və iqtisadi əməliyyatlar apararkən müvafiq qurumlara kağız formasında sənəd təqdim etməsinə ehtiyac qalmır. Alqı-satqı, ipoteka, girov əməliyyatları aparılarkən tələb olunan arayışlar müvafiq qurumlara komitə tərəfindən onlayn rejimdə təqdim edilir və sənədlər elektron qaydada ərazi qeydiyyat ofislərinə ötürülür. Çıxarışlar isə vətəndaşın istəyinə uyğun olaraq kağız formada təqdim olunur və ya elektron hökumət portalında yaradılan vətəndaşın şəxsi kabinetində yerləşdirilir. Eyni zamanda sakinlərə bildirilib ki, onlar üçün yeni inşa edilən binalardan aldığı mənzilə dair çıxarışların təmin olunması barəsində əvvəlcədən onlayn qaydada məlumat almaq imkanları yaradılıb. Bu məqsədlə komitə tərəfindən yaradılan “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” adlanan elektron xidmət vətəndaşların istifadəsindədir.

Komitə tərəfindən qeydiyyat xidmətlərini birbaşa ünvanlara çatdıran belə sosial tədbirlər vətəndaş məmnuniyyətinin artırılması, daşınmaz əmlakın qeydiyyatının maksimum sadələşdirilməsi, şəffaflığın təmin edilməsi məqsədi daşıyır.

Çıxarışların vətəndaşlara ünvanlarında təqdim olunması həm məişət, həm də işgüzar fəaliyyətin yerinə yetirməsi üçün bina sakinlərinə əlavə zaman qazandırır. Başqa sözlə kampaniya vətəndaşların məşğulluq prosesinin pozulmadan qeydiyyat xidmətindən yararlanmasına, bu sahədə əlçatanlığın artırılmasın və vətəndaş məmnunluğuna səbəb olur. Vaxtlarına qənaət edən sakinlər sənədləşdirmənin sürətli və rahat şəkildə aparılması, xidmətlərin birbaşa ünvana çatdırılmasından razılıqlarını ifadə ediblər.

Belə yaşayış komplekslərində yerləşən mənzillərin kütləvi qaydada çıxarışla təmin olunması bu sektorda dövlət qeydiyyatına alınmış mənzillərin payını artırır, vətəndaşlara mülkiyyəti ilə bağlı iqtisadi əməliyyatların daha rahat aparılması imkanlarını genişləndirir. Eyni zamanda proses əhalinin mənzil bazarına olan marağı artırmaqla bu əmlakların hüquqi və iqtisadi əməliyyatlara cəlb olunması aktivliyini və rahatlığını təmin edir, belə əmlaklar isə vətəndaşlar üçün əlavə gəlir mənbəyinə çevrilir. Bakı şəhərinin müxtəlif rayonlarında, Gəncə, Sumqayıt, Xırdalan şəhərlərində yerləşən yeni inşa edilmiş çoxmərtəbəli yaşayış komplekslərinin mənzil sahibləri üçün 20-dən çox belə çıxarış kampaniyaları keçirilib. Bu kampaniya çərçivəsində minlərlə mənzil sahibi olan vətəndaşlara bilavasitə ünvanlarda qeydiyyat xidmətləri göstərilib.

Xatırladaq ki, komitə tərəfindən bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.

DİQQQƏT: Temperatur aşağı enir - Hava haqqında məlumat - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR