Play Store

E-xidmətlərə müraciətlərin sayı 24 milyon 575 minə çatıb - Əmək və sosial müdafiə üzrə

Fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 750,6 min müraciət qeydə alınıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən məlumata görə, ümumilikdə ötən dövrdə əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlərə 24 milyon 575 min müraciətin qeydə alınması aktual fəaliyyət sahələrini əhatə edən bu e-xidmətlərə cəmiyyətdə olan böyük sosial tələbi və ictimai marağı təsdiq edir.

Təqdim olunan e-xidmətlərin böyük əksəriyyəti ən çox istifadə olunan e-xidmətlər sırasındadırlar. Onlardan “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə son bir ayda 254343 müraciət qeydə alınıb. Həmçinin “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətinə maraq getdikcə artmaqdadır. Fevral ayında həmin e-xidmətdən 59705 dəfə istifadə olunması da bunu təsdiq edir. Habelə ötən ay “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” e-xidmətinə 43978, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətinə 35939, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə 31337, “Sığortaolunanlara məlumatların verilməsi” e-xidmətinə 30629, “Pensiya kalkulyatoru” e-xidmətinə 25405 müraciət qeydə alınıb.

“Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “İş yerinə dair arayış”, “Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” və digər e-xidmətlərə müraciətlərin sayında da artım dinamikası davam edib.

Qeyd olunanlarla yanaşı, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Pensiyaçıya məlumatın verilməsi” və digər e-xidmətləri də geniş istifadəçi kontingenti ilə seçilirlər.

DİQQQƏT: Temperatur aşağı enir - Hava haqqında məlumat - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Xəta (#32)

Aktual mövzular: Dollar alış-satışı , Qarabağ, Hava, Məzənnə

Xəta (#32)

Daxili server xətası meydana gəldi.

Server sorğunu icra edərkən yuxarıdakı səhvlə qarşılaşdı.

Əgər fikirləşirsizsə bu serverlə bağlı səhvdir,zəhmət olmasa bizimlə əlaqə saxlayın.