Əfqanıstanın paytaxtı Kabil şəhərində helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər yaralanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Dövlət Vəziri deyib.

Onun sözlərinə görə, helikopter Mareşal Hərbi Akademiyasından havaya qalxdıqdan bir neçə saniyə sonra yerə çırpılıb.

Hadisə nəticəsində 5 nəfərin yüngül yaralandığını bildirən Vəziri həmin şəxslərin adlarını açıqlamayıb.

Onların səhhəti qənaətbəxşdir.

Milli.Az