BANM-ın əməkdaşı Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı aldı - SƏRƏNCAM

Bakı Ali Neft Məktəbinin (BANM) əməkdaşı, Neft-qaz mühəndisliyi kafedrasının dosenti Xanum Cəfərova Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” Medalı ilə təltif edilib.

Metbuat.az-ın məlumatına görə, BANM-ın rektoru Elmar Qasımov Neft-qaz mühəndisliyi kafedrasının dosenti Xanum Cəfərova ilə görüşərək onu ürəkdən təbrik edib, ona Ali Məktəbdə gələcək fəaliyyətində uğurlar diləyib və daha yüksək uğurlar qazanmağı arzu edib.

Qeyd edək ki, X.Cəfərova 20-dən çox elmi işin və ingilis dilində təhsil alan tələbələr üçün “Mathematics -1” (“Riyaziyyat-1”) adlı dərs vəsaitinin müəllifidir.

Daha öncə SOCAR-ın Prezidenti Rövnəq Abdullayev tərəfindən ona Fəxri Fərman verilib.

X.Cəfərova həmçinin pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyi tərəfindən də Fəxri Fərmanla təltif edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR