Asiya Çempionlar liqasında "Kavasaki Frontal" evində "Melburn Viktori" ilə sülh bağlayıb.

Milli.Az xəbər verir ki, oyunun son dəqiqələrinə qədər ev sahibi komanda 2:1 hesabı ilə öndə olub. Lakin hakim son dəqiqələrdə daha dəqiq desək, əlavə olunmuş 3-cü dəqiqədə "Kavasaki Frontal"ın qapısına 11 metrlik zərimə zərbəsi təyin edib.

90-cı dəqiqə meydanda qalan "Qarabağ"ın sabiq surinamlı futbolçusu Leroy Corc topun arxasına keçib və "Melburn Viktori"yə hesabı bərabərləşdirməyə kömək edib.

Qeyd edək ki, Leroy 2013-2015-ci ilərdə Ağdam klubunda çıxış edib və 59 oyunda 19 dəfə fərqlənməyi bacarıb.

Asiya Çempionlar Liqası - F qrupu

"Kavasaki Frontal" - "Melburn Viktori" - 2:2
Qollar: 29.Elsinyo, 55.Noborizato - 36.Berişa, 90+3.Leroy Corc(p)

Adil Nəcəfov
Milli.Az