Avstraliyanın Sanşayn Kost səmtində yaşayan Stüart Makkenzi hələ də şok vəziyyətində olduğunu deyir. O, dörd gün əvvəl xanımının evdə, vanna otağında böyük piton ilanını görüb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, vanna otağına girmiş ilan dolabda qıvrılıb yatmışdı.
Qorxmuş xanım köməyə Stüartı çağırıb. Stüart vanna otağına yollanaraq dolabda yatmış ilanın videogörüntülərini çəkib.
O, xilasetmə xidmətinə zəng vurub.
Lakin ilantutanlar və yanğınsöndürənlər hadisə yerinə gələndə piton artıq yoxdu.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
