Bakı metrosunda oğurluq edən şəxs saxlanıldı

Metronun “28 May” stansiyasında Lerik rayon sakini F.Məmmədzadənin cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən V.Nəcəfov saxlanılıb.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, V.Nəcəfov Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

O, ötən il dekabrın 2-də metronun “28 May” stansiyasının platformasında Lerik rayon sakini Fatimə Məmmədzadənin cibindən mobil telefon oğurlamaqda şübhəli bilinir.

Qeyd edək ki, Şirvan şəhər sakini Valeh Nəcəfov əvvəllər məhkum olunub.

"Barselona" doğma meydanında "Çelsi"yə aman vermədi - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR