2018-ci ilin fevralında dünya şirkətlərinin 42%-i kriptovirusların qurbanı olublar

2018-ci ilin fevralında dünya şirkətlərinin 42%-i kriptovirusların qurbanı olublar
12:35 16 Mart 2018
Ölkə mətbuatı
A- A+

“Check Point Software Technologies” şirkətinin məlumatına görə, 2018-ci ilin fevralında dünyadakı şirkətlərin 42%-i kriptovalyutaların qeyri-qanuni əldə edilməsindən zərər çəkiblər.

“ICTnews” Elektron Xəbər Xidməti “gazeta.ru” saytına istinadən yazır ki, əksər hallarda üç zərərverici kriptomaynerdən istifadə olunub. Antireytinqin ilk pilləsində dünyadakı hər beşinci təşkilata hücum edən “CoinHive” kriptovirusu yerləşib. İkinci pillədə “Cryptoloot”, üçüncüdə isə dünya üzrə şirkətlərin 15%-nə hücum edən “Jsecoin” qərarlaşıb.

"Son 4 ay ərzində kriptomaynerlərin yayılmasında nəzərəçarpacaq artım müşahidə edirik. Bu daimi təhdid fərdi kompüter və serverlərin işini xeyli ləngidir. Bir dəfə şəbəkəyə daxil olmuş kriptomaynerlər, həmçinin başqa bədniyyətli əməliyyatların icrası üçün istifadə edilə bilər. Bu səbəbdən indi şirkətlər üçün onları zərərli proqram təminatı və yeni təhdidlərdən qoruyacaq kibertəhlükəsizlik üzrə çoxsəviyyəli strategiyanın tətbiqi çox vacibdir” – “Check Point Software Technologies” şirkətinin kiberkəşfiyyat  qrupunun rəhbəri Maya Horovis deyib.

Emil Hüseynov




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-53501-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR