Türkiyədən Yunanıstana gedən qayıq çevrildi: 16 ölü

Türkiyədən Yunanıstana gedən qayıq çevrildi: 16 ölü
19:53 17 Mart 2018
61 Dünya
Ölkə mətbuatı
A- A+

Yunanıstanın Egey dənizi sahillərində qayığın çevrilməsi nəticəsində azı 16 miqrant ölüb.

Publika.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Türkiyədən Yunanıstana gedən qayıqda ümumilikdə 20-yə yaxın şəxs olub. Ölənlərin meyitləri Yunanıstanın Aqatonisi adası sahillərində aşkar edilib.

Bildirilir ki, ölənlər arasında 6 uşaq və bir neçə qadın var. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/234680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR