Play Store

Azərbaycan Prezidenti İlham Əliyev pakistanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan Prezidenti Məmnun Hüseyni təbrik edib.

Təbrikdə deyilir:

"Ölkənizin milli bayramı – Pakistan Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Pakistan əlaqələri ortaq mənəvi dəyərləri bölüşən qardaş xalqlarımızın iradəsindən qaynaqlanır. Qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsini xüsusi qeyd etmək istəyirəm.

İnanıram ki, strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı və möhkəmlənməsi yolunda birgə addımlarımız bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına sülh və rifah diləyirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR