Azərbaycan və Pakistan yeni istiqamətlər üzrə əməkdaşlıq edəcəklər

Azərbaycan və Pakistan yeni istiqamətlər üzrə əməkdaşlıq edəcəklər
14:03 11 Yanvar 2015
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir Səba Ağayeva/

Azərbaycan və Pakistan hökumətləri əməkdaşlığın yeni istiqamətlərini nəzərdən keçirəcəklər. Danışıqlar bu ilin I rübündə İslamabadda keçiriləcək Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində baş tutacaq. Bunu Trend-ə diplomatik mənbə deyib.

Onun sözlərinə görə, hökumət komissiyasının iclasında iştirak etmək üçün müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi Azərbaycan hökumətinin nümayəndə heyəti Pakistana səfər edəcək.

İclasda iki ölkə arasında qarşılıqlı əmtəə dövriyyəsinin və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq. Azərbaycan tərəfi, həmçinin iclas zamanı Pakistan iqtisadiyyatına investisiya yatırmaq məsələlərini müzakirə etmək niyyətindədir.

Komissiyanın Pakistan tərəfindən həmsədri energetika və müdafiə naziri Asif Məhəmməd Xavacidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR