Türkiyə Silahlı Qüvvələri Afrinin Məryəmeyn kəndini azad etdikdən bir qədər sonra YPG/PKK terror təşkilatı mülki şəxslərin yaşadığı düşərgəni vurub.

Axar.az xəbər verir ki, sözügedən xain hücumun görüntülərini "Anadolu" agentliyinin hadisə yerində olan müxbiri lentə alıb.

Hücum zamanı 10-dan çox qadın və uşaq yaralanıb.