Türkiyənin Manisa şəhərində sərnişin avtobusu ilə betonqarışdıran maşın toqquşub.

Milli.Az Trend-ə istinadən bildirir ki, toqquşma nəticəsində 20 nəfər xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, Türkiyənin polis idarəsinin hesabatına əsasən, fevral ayında ölkə ərazisində 60800 yol-nəqliyyat hadisəsi qeydə alınıb, 343 nəfər həlak olub.

Milli.Az