"GetContact"la bağlı dəhşətli fakt

"GetContact" proqramının arxa planı ortaya çıxdı

Metbuat.az-ın məlumatına görə, kiber təhlükəsizlik mütəxəssisləri "GetContact" və digər proqramlar ilə bağlı xəbərdarlıq edib. Ekspertlər son günlərdə başqalarının telefon rəhbərində hansı adla və necə qeydiyyatda olduğunu bilmək istəyən istifadəçilərin yüklədiyi proqram "GetContact" və buna bənzər proqramlarla bağlı təhlükəsizlik xəbərdarlığı edib.

“O proqramdan istifadə etmiş insanlar arasında rəhbərlər transfer edilir. Proqramı istehsal edən firmalar sizin bütün məlumatlarınızı özlərinə transfer etmiş olurlar. Bu firmalar günahkar olsa da, siz proqramı yükləyərkən bunu edəcəklərini deyirlər. "İcazə ver" və ya "icazə vermə" variantı çıxır. Siz icazə verdiyiniz anda könül rahatlığı ilə bunu tətbiq etmiş olursunuz və qarşı tərəfi öhdəlikdən azad edirsiniz. "

Verilən icazə ilə yalnız rəhbərin paylaşılması ilə məhdudlaşmadığını bildirən mütəxəssis "Fotoşəkilləriniz götürülə, sosial şəbəkə paylaşımlarından şəxsi məlumatlara, hətta bankomat şifrələrinə qədər çata bilərlər. Ağlınıza gələcək, ya gəlməyəcək hər cür məlumatınız bu platformadan götürülə bilər" deyərək xəbərdarlıq edib.

Günay Sadıxova/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR