İngiltərənin xarici işlər naziri Boris Conson ölkəsi ilə Rusiya arasında yaşanan “Skirpal işi” böhranı ilə bağlı maraqlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, nazir böhranı rusiyalı yazar Fyodor Dostoyevskinin “Cinayət və cəza” romanının süjetinə bənzədib.

B.Conson “hamımız günahkarın kim olduğundan əminik. Tək problem etirafmı edəcəyi, yoxsa tutulacağımı” deyib.

O, Rusiyanı boykot edən dövlətlərin sərgilədiyi mövqedən məmnun olduğunu bildirib.

Nazirin sözlərinə görə, həmin dövlətlərin qərarına təkcə İngiltərə ilə yaşanan böhran deyil, Rusiyanın Krımı ilhaq etməsi, Ukraynaya müdaxiləsi, Suriyadakı hücumlar və bəzi ölkələrin seçkilərinə müdaxilə məsələləri də öz təsirini göstərib.

Zümrüd