“Təcavüzçü” deyərək qışqıran uşaq

Metbuat.az- verdiyi məlumata görə, Çanaqqala meydanında 17 yaşlı İ.Ç İlə qarşılaşan 14 yaşlı M.İ bir anda mübahisəyə başlayıb.

Mübahisə qısa müddətdə davaya çevrilib. M.İ belindən çıxardığı silah ilə İ.Ç-yə iki dəfə atəş açıb. Başından vurulan İ.Ç qanlar içində yerə yıxılıb.

Hirsini ala bilməyən M.İ yerə yıxılmış İ.Ç-nin sinəsinə çörək bıçağı sancıb. Hadisəni görən vətəndaşların qışqırığını eşidən polis dəstələri qısa müddətdə hadisə yerinə gəlib.

Qorxu dolu baxışları ilə “Təcavüzçü” deyərək qışqıran M. İ Çanaqqala Polis İdarəsinə aparılıb.

Hadisə yerinə gələn 112 səhiyyə dəstələri İ.Ç-nin öldüyünü müəyyən edib. Daha sonra Respublika Prokuroru hadisə yerinə gələrək araşdırmaya başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR