Səbinə Mirzəyevanın oğlu haqqında verdiyi ürəkdağlayan açıqlama

Ötən gün qəflətən vəfat edən mama-ginekoloq Səbinə Mirzəyevanın sosial şəbəkələrdə videosu yayılıb.

Metbuat.az xəbər verir ki, Mirzəyeva ATV kanalında yayımlanan "Zərif qəhrəman" verlişində işi ilə bağlı müsahibə verib.

Mərhumun sözlərinə görə, "Kiçik oğlumun əlifba bayramı idi. Mənim çox yaxın rəfiqəm mənə sərt bir mesaj yazdı ki, oğlun Suleymanın həyatında ikinci əlifba bayramı olamayacaq. Həmin an orada nənəsi, babası, atası var idi. Həmin dəqiqə mən vicdan əzabı çəkdim. O uşağın üzünə utandıqdan baxa bilmədim. Çox kövrəldim, çox pis oldum ki həqiqətəndə o uşağın ikinci dəfə əlifba bayramı olmayacaq. Onların bayramlarında iştirak edə bilmirəm. Amma eyni zamanda belə başa düşürəm ki, gün gələcək və anlayacaqlar ki, bu həyatda hər bir işə gərək zəhmət qoyasan. Tutduğun hər bir işə can qoyasan".

Qeyd edək ki, Səbinə Mirzəyeva iki oğul anasıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR