90 dəqiqə ərzində Londonun müxtəlif bölgələrində 6 yeniyetmə bıçaqlanıb.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Londonda axşam saat 5-7 arasında 12 bıçaqlanma hadisəsi qeydə alınıb.
Bıçaqlananlardan birinin 13 yaşı var. Yaralananlar xəstəxanaya çatdırılıblar. Onların vəziyyətləri normaldır.
Bıçaqla hücum edən şəxslərdən 3-ü saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Emin
Milli.Az