Elmar Məmmədyarov Qabonun xarici işlər naziri ilə

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilən iclası çərçivəsində Qabonun xarici işlər naziri Noel Nelson Messoneni ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi məqsədi ilə nazirlər qarşılıqlı yüksək səviyyəli rəsmi səfərlərin və xarici işlər nazirlikləri arasında mütəmadi siyasi məsləhətləşmələrin vacibliyini vurğulayıblar.

Görüşdə həmçinin, iki ölkə arasında elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Görüş zamanı Afrika İttifaqı və digər təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə neft-qaz, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR