Finlandiyada baş verən qəza nəticəsində ətrafa

Finlandiyanın şərqində qatarın relsdən çıxması nəticəsində 50 min litr toksik maddə olan metilbutil efiri ətraf mühitə daxil olub.

Metbuat.az xəbər verir ki, insident Myantyuxaryu bölgəsində qeydə alınıb.

“Ətraf mühitə dəyən ziyan həddindən artıq çoxdur. Maddə zəhərli olduğundan təbiyətə təsir göstərə bilər”, - deyə yanğınsöndürmə xidmətinin nümayəndəsi bildirib.

Hadisə yerinə xilasedicilər və ekologların cəlb olunduğu bildirilir. Hal-hazırda qatarın relsdən çıxmasının səbəbləri araşdırılır.

Kəndlilər əkin zamanı tapdılar, içərisinə girdilər və... - Nə olduğunu öyrəndiklərində isə.../ FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR