Sarkisyan baş nazir postuna namizəd oldu

Sarkisyan baş nazir postuna namizəd oldu
14:54 14 Aprel 2018
96 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Ermənistanın hakim partiyası – Respublika Partiyasının icra orqanının toplantısı keçirilib.

 

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, iclasda partiyanın lideri, sabiq prezident Serj Sarkisyanın ölkənin baş naziri vəzifəsinə namizədliyinin irəli sürülməsi məsələsinə baxılıb. Partiya sədrinin müavini, baş nazir Karen Karapetyan bu vəzifəyə S. Sarkisyanın namizəd göstərilməsi təklifi ilə çıxış edib. Müzakirədən sonra təklif yekdilliklə qəbul olunub.

 

Respublika Partiyasının parlament fraksiyası aprelin 16-da baş nazir postuna rəsmən S. Sarkisyanı namizədliyini irəli sürəcək.

 

Qeyd edək ki, Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin icra səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/298846

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR