Hər kəsin dəyəri ədəbi qədərdir

Hər kəsin dəyəri ədəbi qədərdir
22:05 11 Yanvar 2015
192 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gün cəmiyyətdə çox geniş yayılan elə hərəkət və davranışlar var ki, dində xoş qarşılanmamış və pislənmişdir.

Hətta Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) onlardan bəzilərini sadalayaraq, məsələn, əli belə qoymaq, əlləri arxada birləşdirmək kimi hərəkətləri təkəbbür əlaməti saymışdır. Ayağı ayaq üstünə atmaq bizim adət-ənənəmizə yaddır. Başqalarının yanında uzanmaq, yayxanmaq, ayaqlarını uzatmaq, ayağı ayaq üstünə atmaq mədəniyyətimizə uyğun olmadığı kimi, kiməsə üzünü turşutmaq, sərt baxışlarla baxmaq, yersiz əl-qol hərəkətləri, ağız büzmək də bizim ədəb anlayışımıza ziddir. Mömin heç vaxt bu cür hərəkət və davranışlarla kimisə alçaltmamalı, buna bənzər hərəkətlərdən uzaq olmalıdır. Bəzi insanlar yorulanda ayağını ayaq üstünə atsa da, Haqq dostları gecə yatağa girəndə belə, ayaqlarını uzatmaqdan utanırlar. Bəzən yaddan çıxarıb ayağını ayaq üstə azacıq atsalar da, dərhal özünü yığışdırıb: “Əstəğfürullah, ya Rəbbim! Sən görə-görə nə haqla belə oturaram?” deyib peşman olurlar. Bəzi insanlarda bu hərəkətlər vərdiş halına gəlibsə, böyüklərdən biri onu xəbərdar etməli, üzlərinə deməkdən inciyəcəklərsə, ümumi şəkildə hər kəsə deyib, onlara da mətləbi çatdırmalıdır.

Xülasə, biz hansı ədəb anlayışının övladlarıyıqsa, hansı ədəb mühitindən və hansı ədəb mədəniyyətindən çıxmışıqsa, onu canlandırmalı, yaşatmalı və o istiqamətdə ömür sürməliyik. Bizim öz mədəni köklərimiz var. Məhz həmin köklərə sadiq qalaraq canlandırdığımız pak ədəb anlayışı və haqq mədəniyyəti Allahı məmnun edəcək, Peyğəmbərimizi sevindirəcək və bir insana da xələl gətirməyəcəkdir. Biz bir ədəb toplumunun və köklü bir mədəniyyətin övladlarıyıq. Hərəkət və davranışlarımız da bu mədəniyyət və ədəbi ehtiva etməlidir.

"Zaman Azərbaycan"

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR