Goranboyda qəza: piyadanı vuran sürücü qaçdı

Goranboyda qəza: piyadanı vuran sürücü qaçdı
00:53 22 Aprel 2018
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboyda piyadanı avtomobil vurub.

Hadisə rayonun Veyisli kəndində baş verib. Yolu keçmək istəyən kənd sakini, 1962-ci il təvəllüdlü Tağıyev Arif Cəlil oğlu hələ ki, markası və sürücüsü məlum olmayan avtomobil tərəfindən vurulub. Xəsarət alan A. Tağıyev xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisəni törədən sürücü avtomobillə hadisə yerindən qaçıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (APA)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/238383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR