ABŞ-ın "United Airlines" aviaşirkətinin təyyarəsi Yaponiyada məcburi eniş edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, təyyarə Yaponiyanın paytaxtı Tokioda, Narita hava limanında enib.
Təyyarə Los-Anceles şəhərindən Şanxaya uçurdu. Uçuş zamanı mühərrikin işində nasazlıq qeydə alınıb.
Xəsarət alanlar barədə məlumat verilmir.
Milli.Az