Sumqayıtda 2 nəfərin axtarışına helikopter cəlb olundu

Sumqayıtda 2 nəfərin axtarışına helikopter cəlb olundu
11:05 23 Aprel 2018
70 Ölkə
Ölkə mətbuatı
A- A+

18 aprel 2018-ci il tarixində Sumqayıt şəhəri ərazisindən dənizə çıxdığı ehtimal edilən 2 nəfərin, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən davam etdirilir.

FHN-dən Milli.Az-a verilən məlumata görə, bu gün səhər saatlarından etibarən axtarışlara nazirliyin aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri cəlb olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/644735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR